
Günboyu bütün saytları ələk-vələk elədim, o xəbər qarşıma çıxmadı.
Həqiqətənmi, «Sabah» rəhbərliyi hələ də Vasili Berezutskiyə əl vurmayıb?
Heyrət içindəyəm.İ
stefa açıqlamasını gecikdirirlər. Məqsədləri nədir, 41 yaşlı rusun komandanı ayağa qaldıracağınımı düşünürlər? Çox səbirlidirlər.
Bu izdivac baş tutmadı. Vasili Berezutski Krunoslav Renduliçdən ona yadigar qalan heyətlə böyük işlər görə bilərdi, amma bacarmadı.
Bunun üçün heç nə etmədi. Etdikləri də ortadadır - «Sabah» ölkə çempionatlarının tarixinin heç-heçə rekordunu vurdu.
Mövsüm hələ başa çatmayıb, 8 oyun qalıb, «Sabah» artıq 15 dəfə meydandan 1 xalla ayrılıb.
Bu, çox pis göstəricidir, baş məşqçi işinin bərbadlığının sübutudur.
Dərd müdafiədə deyil təkcə. Hücum fazasında da «dişsiz»dirlər. «Sumqayıt»la qarşılaşmada vurulan üç qolun birində də bir hücumçunun imzası yoxdur.
Berezutski elə bil, dama oynamağı öyrənir «Sabah»da. Bir o qalıb ki, qapıçıları da müxtəlif mövqelərdə sınasın.
Onu bura çəkir, bunu ora. Hər həftə bir start «11-liy»i fikirləşir. Axı hara qədər?
ELXAN