
“Sabah” Premyer Liqanın 2024/25 mövsümündə 15-ci dəfə meydanı heç-heçə ilə tərk edib.
Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan futbol çempionatları tarixində rekord göstəricidir.
Paytaxt təmsilçisi XXVIII turda səfərdə “Sumqayıt”la xalları yarıya bölüb. Komandalar hərəyə 3 dəfə fərqləniblər.
Bununla da "Sabah" bir mövsümdə ən çox heç-heçə edən komanda kimi tarixə düşüb. "Bayquşlar" hesabında 14 sülh olan "Neftçi", "Bakı" və "Zirə"ni geridə qoyublar.
“Neftçi” 2009/10 mövsümündə, üç il sonra isə “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.