"Səbəbini bilsəydim, deyərdim" - Vasili Berezutski

29 Mart 21:50 Sabah 572
"Səbəbini bilsəydim, deyərdim" - Vasili Berezutski

"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Sumqayıt"la 3:3 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün azarkeşlər üçün çox maraqlı oyun alındı. Hər iki komanda qollar vurdu. Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük.

- Kubokun yarımfinal oyununu düşünərək dəyişikliklər etdiniz?

- Bəli. Bəzi oyunçularımızın kiçik zədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər. Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar.

- "Sabah" çox heç-heçə edir. Bu sindromu qıra biləcəksiz?

- Səbəbini bilsəydim, deyərdim. Bu gün müdafiədə səhvlər etdik. Bunun nəticəsində qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha yaxşı olmalıyıq.

- Çempionatda iddianızdan əl çəkdiz?

- Xeyr. 3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Riyazi olaraq şansımız var.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO
31 Mart 11:30 DƏVƏT - Buradasız?