Tanınmış yerli oyunçuya yeni müqavilə təklif olunmadı

28 Mart 22:30 Sabah 2 013
Tanınmış yerli oyunçuya yeni müqavilə təklif olunmadı

Bu yay «Sabah»dan ayrılacaq yerli oyunçulardan birinin kimliyinə böyük ölçüdə aydınlıq gəlib.

Söhbət millinin keçmiş yarımmüdafiəçisi Namik Ələsgərovdan gedir.

30 yaşlı vinger üçüncü mövsümünü keçirdiyi Masazır klubundan yeni təklif almayıb. «Bakı»nın yetirməsi də burada qalmağa maraq göstərmir.

«Sabah»da illik 180 min manat qazanan Ələsgərovu narahat edən əsas məsələ bu deyil. Az şans qazanması onu qayğılandırır.

Bura «Bursaspor»dan gəlmiş qusarlı oyunçu daha çox forma imkanı əldə eləyəcəyi Premyer Liqa klublarından birinə üz tutmaq niyyətindədir.

Vasili Bereruztski gələn sezonu da «Sabah»da keçirəcəksə, rahatlıqla söyləyə bilərik ki, Namikin gedişinə heç bir əngəl qalmayacaq.

Rusiyalı baş məşqçi yığmanın sabiq üzvünün oyun modelinə uyğun gəlmədiyi qənaətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti