Azərbaycan klububun qapıçısı düşərgədən ayrıldı: “Kiçik problemlər yaşadım“

02:10 Sabah 776
Azərbaycan klububun qapıçısı düşərgədən ayrıldı: “Kiçik problemlər yaşadım“

"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İdman.biz-ə 33 yaşlı kiperin özü məlumat verib.

O bildirib ki, komandasından ayrılmasına səbəb viza məsələləri ilə bağlı problem olub:

“Səhhətimdə hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm.

Sadəcə, Şengen vizamla bağlı kiçik problemlər yaşadım. Sağlamam və "Sabah"la növbəti oyuna hazırlaşıram”.

Pokatilovun formasını geyindiyi Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti