
Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyevin durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Quliyevin bərpası başa çatıb və o, kollektivlə məşqlərə qoşulub.
28 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın 28-ci turunun “Sumqayıt”la görüşündə meydana çıxa biləcək.
2023-cü il avqustun 28-də “Sabah”a keçmiş Ayazın klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.