“Bu, mənim üçün sürprizdir, çox qəribədir, məmnun deyiləm” - VİDEO

04:30 Sabah 100
“Bu, mənim üçün sürprizdir, çox qəribədir, məmnun deyiləm” - VİDEO

"Biz ilk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən qapımıza qol vuruldu. Halbuki orada cərimə zərbəsi yox idi".

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Zirə" ilə oyun haqda deyib..

Rusiyalı mütəxəssis Premyer Liqasının 27-ci turunda qeydə alınmış heç-heçəni ədalətli nəticə hesab etməyib:

"Oyunun sonlarında hücuma atılmışıq, matçın bitməsinə də vaxt var idi, amma hakim oyunu saxladı. Bu, mənim üçün sürprizdir.

Çox qəribədir. Belə sürprizlə qarşılaşmamışam.

Bizə çox sarı vərəqə verildi. Halbuki biz çox da kobud oynayan komanda deyilik.

Nəticəni ədalətli hesab etmirəm. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Oyunun son 20 dəqiqəsində yaxşı oynadıq.

Hakimlər haqqında çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm. Amma ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik".

"Sabah" çempionatda keçirdiyi 27 oyundan 14-də heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti