
"Biz ilk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən qapımıza qol vuruldu. Halbuki orada cərimə zərbəsi yox idi. Oyunun sonlarında hücuma atılmışıq, matçın bitməsinə də vaxt var idi, amma hakim oyunu saxladı. Bu, mənim üçün sürprizdir. Çox qəribədir. Belə sürprizlə qarşılaşmamışam. Bizə çox sarı vərəqə verildi. Halbuki biz çox da kobud oynayan komanda deyilik"
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun nəticəsini ədalətli hesab edirsiz?
- Xeyr. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Oyunun son 20 dəqiqəsində yaxşı oynadıq. Hakimlər haqda çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm.
- Qələbəsizlik, qeyri-stabil çıxış sizi ruhdan salır?
- Xeyr, ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik.
- Hakimlikdən şikayətləndiniz. Sizcə, hakimlərin səhvində xüsusi səbəb var?
- Yox, mən sadəcə şərh verirəm. Əlavə nələrsə demək istəmirəm.