Klub prezidenti hamını yığdı, danladı, çıxış yolunu göstərdi

14:40 Sabah 276
Klub prezidenti hamını yığdı, danladı, çıxış yolunu göstərdi

«Sabah»ın prezidenti Maqsud Adıgözəlov məşqçi və futbolçu heyəti ilə görüşüb.

Klubun birinci şəxsi Premyer Liqanın 26-cı turunda «Şamaxı»ya səfərdə 0:1 hesabıyla uduzan komandanın son həftələrdəki çıxışından narazılığını bildirib.

Masazır təmsilçisinin rəhbəri sərgilənən oyunun onu qətiyyən məmnun etmədiyini, ayrı-ayrı futbolçuların potensialından zəif təsir bağışladığını deyib.

Adıgözəlov qeyri-sabit nəticələrin onların iddialıları ilə üst-üstə düşmədiyini söyləyib.

Vurğulayıb ki, çempionatda yüksək yerlər uğrunda mübarizədən qopmaq olmaz, hər şey qabaqdadır.

Prezident baş məşqçi Vasili Berezutskiyə inandığını diqqətə çatdırıb, komandanın toparlanacağı hşalda, bu vəziyyətdən birlikdə çıxmağın mümkün olduğunu qeyd edib.

26 həftəyə 34 xal toplayan «bayquşlar» turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

Dördüncü sıradakı «Turan Tovuz»dan 8 xal geri qalan «Sabah» liqanın ən çox heç-heçə edən iştirakçısıdır. Onlar düz 13 dəfə meydandan 1 xalla ayrılıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti