
Əgər «Sabah» rəhbərliyi göstərdiyi diqqətin qarşılığını almaq, sözdə yox, əməldə iddialı komanda görmək istəyirsə, avrokuboklarda uğurlu çıxış etməyi arzulayırsa, Vasili Berezutski ilə işbirliyinə tezliklə son qoymalıdır.
Bu, çox uğursuz səhayət oldu.
41 yaşlı rusiyalı ilə xrş və uzun macəra yaşamaq qeyri-mümkündür.
Berezutski heç-heçə «kral»ıdır. Gözü aydın olsun, «Sabah» 14-cü oyunu da 1 xalla başa vurdu.
Artıq qəti iddia irəli sürməkdən çəkinmiəm - o, vəzifədən getmədiyi müdətdə Premyer Liqanın ən imkanlı klublarından biri orta sıralarda vurnuxacaq, irəli getməyəcək.
«Zirə» ilə qarşılaşan «Sabah» 90 dəqiqəni eyni tempdə keçirmədi. Bir oyunun əvvəlində, bir də axırında üstün göründülər.
Bəs orta bölüm? Berezutski nə istədiyini bilsə, bunu futbolçularına da başa salar.
Neçə aydır buradadır, fikri nədir – hələ onlara izah etməyib.
Etsəydi, «Sabah»ın tərzində bir xətt, bir qığılcım, bir tərpəniş/irəliləyiş sezərdik.
Hakimlik…
Əvvəl Murad Musayev də əlində fit, cibində iki rəngli vərəqə gəzdirənlərdən çox şikayət eləyirdi. Bəli, eləyirdi, amma «Sabah»a da gül kimi futbol oynatdırırdı.
Həmyerlisi ötən əsrdən qalmış futbola güc verib, köhnə psixologiyadan kənara çıxa bilmir, ancaq ki, o da başlayıb «ədalət təmsilçiləri»nin qərarlarından gileylənməyə.
Sən «Sabah»a babat futbol oynat hələ bir görüm…
Guya, hakimlər «Sabah»a nə vaxt obyektiv münasibət göstərib ki?
«Sabah» Premyer Liqada çıxış etməyə başladığı gündən hakimlərin qərəzli, birtərəfli yanaşmasından çox əziyyət çəkib və çəkməkdədir.
Bu, Berezutski üçün bəhanə olmamalıdır.
ELXAN