Baş məşqçi müdafiəçini buna görə komandadan kənarlaşdırıb! - OLAYIN SƏBƏBİ

16:00 Sabah 345
Baş məşqçi müdafiəçini buna görə komandadan kənarlaşdırıb! - OLAYIN SƏBƏBİ

«Sabah»ın baş məşqçisi Vasili Berezutskinin Abdulla Rzayevin xidmətindən imtina etməsinin səbəbi məlum olub.

Bu, müdafiəçi mövqeyində çıxış edən gəncin həddini aşmasıyla əlaqədardır.

Belə ki, 22 yaşlı arxa xətt oyunçusu məşqdən sonra rusiyalı çalışdırıcıya yaxınlaşaraq, ona «mənə niyə az şans verirsiz» deyə, sual edib.

Berezutski isə bu məsələnin onun səlahiyyətində olduğunu, rəqabətə dözməsi gərəkdiyini söyləyib.

Həmçinin qeyd edib ki, o, nə vaxt kimi əsas heyətə hazır görsə, ona da özünü göstərmək imkanı yaradacaq. Rzayev cavabdan məmnun qalmayıb və narazı şəkildə baş məşqçidən uzaqlaşıb.

41 yaşlı mütəxəssis də gənclər yığmasının sabiq üzvünün sifətini turşutmasını görüncə, köməkçilərinə tapşırıb: «Deyin ki, bundan sonra gedib əvəzedici heyətdə məşqə çıxsın».

Abdulla bu mövsüm Premyer Liqada forma geyindiyi 4 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti