
İFFHS-in açıqladığı klubların dünya reytinqində ən çox irəliləyən Avropa komandaları bəlli olub.
Sportinfo.az xəbər verir ki, 61 pilləlik sıçrayışa malik “Sabah” qitədə 11-cidir.
Vasili Berezutskinin yetirmələri 414-cü yerdən 353-cü pilləyə yüksəlib. Bakı klubunun 68,5 xalı var.
Avropada ən çox irəliləyən “Espanyol”dur. İspaniya klubu 207 addımlıq sıçrayış edib.
“Herakles” 154, “Antalyaspor” 143, “Komo” 137 addım irəliləyib. “Hartberq” 89, “Makkabi” (Netanya) 81, “Qo Ehed İqls” 73, “Eştoril” 71, “Çerno More” 64, LASK 63 pillə yüksəlib.
Dünyada ən böyük irəliləyişə Sinqapur təmsilçisi “Lion Siti Saylors” nail olub – 253 addım.