
Futbol eksperti Emin Abbasov keçmiş klubu “Sabah» haqda danışıb.
ATV kanalında yayımlanani «Futbolumuz» verlişində «Neftçi»nin baş məşqçisi Samir Abasovun hakimlər və VAR haqda sözlərini şərh edən sabiq funksioner «fit sahibləri»nin Masazır təmsilçisinə yardımçı olmadığını bildirib.
Bir neçə il öncəyə kimi «Sabah»da işləmiş Abbasov onların «Neftçi» ilə keçirdiyi oyunu xatırladıb, referinin Yuri Matiası qırmızə vərəqədən qoruduğunu, braziliyalı müdafiəçini meydandan kənarlaşdırmalı olduğu halda, bunu etmədiyini söyləyib.
Ekspert «ağ-qaralar»ın çalışdırıcısının VAR-la əlaqəli səsləndirdiyi fikirləri isə dəstəkləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN