
Stas Pokatilovun “Sabah”dakı qazancı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bununla bağlı Qazaxıstan mətbuatı məlumat yayıb.
İddiaya görə, Qazaxıstan millisinin qolkiperi Bakı klubunda aylıq 12 min dollarlıq maaşa razılaşıb. Bu isə “Sabah”da orta məvacib hesab edilir.
Qış fasiləsində “Tobol”dan alınan 32 yaşlı oyunçunun əvvəlki klubu ilə müqayisədə ikiqat çox məvacib alacağı vurğulanıb.
Stas Pokatilovun “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.