"Sabah"ın ayaqları altına səriləcək - MÜJDƏ!

19:00 Sabah 229
"Sabah"ın ayaqları altına səriləcək - MÜJDƏ!

Vasili Berezutski "Sabah"ın üzərindəki ağır yükü Sumqayıtda ata bildi.

Səfərdə "Kimyaçılar"ı darmadağın edən (4:0) "tələbələr" tarixində ilk dəfə Ölkə Kubokunda yarımfinala yüksəlmiş oldu.

Premyer Liqada Masazır klubunun vəziyyəti yaxşı deyil.

Medalçılar sırası ilə 12 xal, 4-cü pillədəki "Turan"la isə 9 xallıq məsafə var.

Ən qısa yol Ölkə Kubokunda qalib olmaqdır.

Burada mübarizəni dayandırmaq sonun başlanğıcı ola bilərdi. Əlavə təzyiq, gərginlik qapını döyəcəkdi.

Rusiyalı mütəxəssis son həftələr bu qədər ağır yükün altında oyunlara çıxmalı olurdu.

İndi isə bir az rahat nəfəs almaq olar. Finala bir addımlıq yol qalır.

Stressi kənara qoyub, çempionata tam güclə, sakit başla köklənmək lazımdır.

Klubda hər kəs yaxşı bilir ki, bütün ümidləri ölkə kubokuna bağlamaq ağılsızlıq olardı.

Ardıcıl bir neçə qələbə nəinki 4-cü, hətta daha üst pillələr "Sabah"ın ayaqları altına sərmiş olacaq.

Bunun üçün resuslar var. Qalır düzgün istifadə etmək. Sonuncu Sumqayıt səfərində olduğu kimi...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti