Bombardir iddia etdi: “Fərqi yoxdur, kubok, ya çempionat”

1 Mart 21:20 Sabah 315
Bombardir iddia etdi: “Fərqi yoxdur, kubok, ya çempionat”

Ötən mövsümün yekunlarına görə Konfrans Liqasına vəsiqə qazanan “Sabah” cari mövsümün sonunda eyni sevinci yaşamaq istəyir.

Di gəl, “tələbələr”in Premyer Liqa yolu ilə istəyinə çatması çətin görünür.

Azərbaycanda iki əcnəbi baş məşqçidən biri olan Vasili Berezutskinin çalışdırdığı kollektiv 24 turdan sonra 33 xal toplayıb 5-cı sırada qərarlaşmaqla əsas rəqibləri “Araz-Naxçıvan”la “Zirə”dən 12, 4-cü yerdəki “Turan Tovuz”dan 9 xal geridədir.

Komandasının, eləcə də, Premyer Liqanın ən məhsuldar futbolçusu - nigeriyalı hücumçu Cesse Sekidika Sportinfo.az-ın “avrokuboklara vəsiqə hansı yolla mümkün görünür” sualını cavablandırıb:

“Avrokuboklara vəsiqənin hər iki yolla mümkün olduğunu düşünürəm. Çempionatın sonuna çox var, kubok mübarizəsi isə davam edir.

Buna görə, hər iki cəbhədə sona kimi mübarizə aparacağıq. Hər oyun bizim üçün çox vacibdir. Fərqi yoxdur, kubok və ya ölkə çempionatı.

Məqsədimizə çatmaq və avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu