
“Biz yalnız komanda olaraq inkişafımız barədə düşünürük”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Jesse Sekidika deyib.
Nigeriyalı legioner ”Turan Tovuz"a çatmağı hədəf seçdiyiniz halda, "Neftçi" ilə aranızdakı xal fərqi 6-ya enib. Onlardan ehtiyat edirsizmi” sualına cavabında bunları söyləyib:
“Premyer Liqa çox rəqabətlidir. Hər komanda daha yaxşı nəticə qazanmaq üçün var qüvvəsi ilə çalışır.
“Neftçi”yə hörmətlə yanaşırıq. Ancaq hazırda biz yalnız daha yüksək pilləyə qalxmaq barədə düşünürük.
Bunu bacaracaq gücdəyik. Kifayət qədər güclü komandayıq. Qarşıya qoyulan məqsədlərə çatmaq öz əlimizdədir”.
Masazır təmsilçisi Premyer Liqanın geridə qalan 24 turunda 33 xal toplayıb. “Bayquşlar” bu göstərici ilə turnir cədvəlinin 5-ci pilləsində yer alır.
Vasili Berezutskinin çalışdırdığı komanda ondan üst sıradakı “Turan Tovuz”dan 9 xal geri qalır.