"Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək"

27 Fevral 22:10 Sabah 367
"Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək"

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jsualları cavablandırıb:

- Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm.

- Yarımfinalda böyük ehtimalla rəqibiniz "Neftçi" olacaq. Şanslarınızı necə dəyərləndirirsiz?

- Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. "Neftçi" sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq.

- Bu gün 4 qol vurdunuz. Qısa müddətdə komandada nəyi dəyişdiz?

- Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək.

Digər Xəbərlər
Xəbər Lenti