
Bir müddət əvvəl məşqçilik karyerasına başlayan ÇSKA, “Dinamo” və “Ximki”nin sabiq hücumçusu Kirill Pançenko daha əvvəl “Sabah”da oynamaq şansından danışıb.
Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına danışan Pançenko fəal futbolçu karyerasını bitirməmişdən əvvəl öz xidmətini “Sabah”a təklif etdiyini deyib:
“Vasili Berezutski məni “Sabah”a dəvət etmişdi? Xeyr, Vasilinin özü ilə ünsiyyət qurmamışdım. Alan Dzaqoyevlə söhbət etmişdim.
Berezutskiyə “Sabah”da futbolçu lazım olub-olmadığını Dzaqoyevdən soruşmuşdum.
Həmin mövqeyə futbolçu lazım olub-olmadığını öyrənirdim. Alan dedi ki, Berezutski lazım olmadığını söyləyib. Başqa söhbət olmadı”.