
"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, “narod.hr” portalına danışan xorvatiyalı çalışdırıcı Azərbaycan klubunda keçirdiyi dönəmi xatırlayıb:
"Çox yaxşı macəra idi. Son üç aydır ki, evdəyəm. Görək də, bundan sonra necə olacaq. Mən həmişə yeni çağırışlara açığam".
Renduliç “Sabah”da 1 ildən az işləyib.
51 yaşlı mütəxəssis “İstra”, “Şibenik”, “Qoritsa”, “Jrinski Mostar”da işlədikdən sonra 2024-cü ildə “Sabah”a baş məşqçi təyin edilmişdi. Balkanlı sükançı noyabrda buradan ayrılıb.