
24 tura 7 qələbə, 33 xal.
Beş iəğlubiyyət, beşinci yer.
Bu, «Sabah»ın Premyer Liqa statisikasıdır.
Vasili Berezutskinin gəlişindən sonra «Sabah» yalnız bir göstəricidə bütün rəqiblərini «tozda qoyub».
Rusiyalı baş məşqçi postuna əyləşəndən heç-heçələrin sayı sürətlə artmaqdadır. Artıq bu rəqəm 12-yə çatıb.
Onu Azərbaycana dəvət edənlər Berezutskinin belə «sülrsevər» məşqçi olacağını bilsəydilər, yəqin ki, fərqli addım atar, başqasının namizədliyi üzərində dayanardılar.
Bu, «Sabah»ın köhnə şakəridir - iddialı rəqiblərlə oyunlarda əla təsir bağışlayırlar. Krunoslav Renduliçin dövründə də belə idi, indi də belədir.
Sanki futbolçular öz-özlərindən konsentrasiya olur, qələbə qazanmaqdan ötrü dəridən-qabıqdan çıxır, bütün varlıqları ilə meydanda can qoyurlar.
«Problem nədir bəs» deyə sual etsəz… Nisbətən zəif və autsayder komandalarla duellərdə bu üst performansı göstərməmələridir.
Pis vərdiş halını alıb bu. Berezutski mövcud çatışmazlığın aradan qaldırılması yönündə nəsə etmir.
Hər halda statistika rusiyalının fəaliyyətinə böyük kölgə salır.
«Qarabağ»la matça yaxşı başlamasalar da, axırını yaxşı gətirə bilərdilər. Biz yenə «Sabah»ın ifasında cinahlardan qurulan hücum və əks-hücumları izlədik.
Coy-Lens Mikels «Qarabağ»la bundan əvvəlki oyunlarda olduğu kimi, yenə önünə gələn topları ora-bura vurdu, qapıdan başqa.
KAMİL