
"Sabah"ın "Turan Tovuz"la oyunun ikinci yarısında göstərdiyi futbolla Bayıldakı performans arasında yerlə-göy qədər fərq vardı.
Ciddi itkilərlə meydana çıxmasına rəğmən, Cavid Hüseynovun yetirmələri iddialı rəqibi önündə üstün görünən tərəf idi.
""Sabah"dan fərqli olaraq "dənizçilər"in nə istədiyi, hansı sistemdə oynadığı aydın sezilirdi. Elə matçın ən təhlükəli qol fürsətini də meydan sahibləri yaxaladı.
Pokatilov olmasaydı, indi məğlubiyyətdən danışırdıq.
"Turan Tovuz"la "6 xallıq" matçı xeyrinə bitirən "tələbələr" Bayılda qızıl dəyərində xallar itirdi.
Bir həftə əvvəl yaranan ümidlər qısa müddətdə puç oldu.
Həftələr yox, aylar geridə qalır, amma Vasili Berezutski bu komandaya stabillik gətirə bilmir.
Renduliçin dönəmində komanda pis futbol oynamırdı, sadəcə nəticələr sabit deyildi. Bu gün nə göstərilən oyunda, nə də nəticələrdə sabitlik var. Sanki Vasili sələfinə rəhmət oxutdurur.
Avrokuboklara getmək şansı isə hər ötən tur şam kimi əriməkdədir.
Rusiyalı sabiq məşqçi Krunoslav Renduliçin yerinə gətirilmişdi ki, mövsümü xilas etsin.
Yeni mövsüm üçün isə daha iddialı komanda qurar.
Gedişat göstərir ki, Vasili qısa müddətdə ciddi müdaxilə edə bilməsə, nəinki yeni mövsüm, heç yaya qədər ölkəmizdə qalması sual altına düşəcək.
XANOĞLAN İMANOV