“Bu, onun agentinin oyunlarıdır, “Neftçi”yə keçsə, sevinərəm”

20 Fevral 13:40 Sabah 1 219
“Bu, onun agentinin oyunlarıdır, “Neftçi”yə keçsə, sevinərəm”

Azərbaycan millisinin sabiq futbolçusu Deni Qaysumov Qazaxıstan millisinin yarımmüdafiəçisi İslam Çesnakovun “Neftçi”yə mümkün keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Atırau”da çıxış etmiş 57 yaşlı mütəxəssis Qazaxıstan mətbuatına bununla bağlı fikirlərini bölüşüb.

İslam Çesnakovun “Tobol”la müqavilə müddəti bu ilin sonuna qədərdir. O, “Tobol”un hücumameyilli oyunçusunun “Neftçi”yə keçməsini arzuladığını gizlətməyib:

“Məndə belə hiss var ki, bunlar Çesnakovun agentinin oyunlarıdır. Amma “Neftçi”yə keçsə, sevinərəm.

Karyerasını harada davam etdirəcəyinə İslamın özünün şüurlu şəkildə qərar verməsi vacibdir.

Azərbaycan mentalitet və bir çox digər amillər baxımından da yaxın olacaq. İstənilən halda, futbolçu qalib gəlməlidir”.

7fbf2a7ca8be8d3e427d1265d02a1475 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti