Berezutskinin Azərbaycanda açıdığı “bərbərxana”

18 Fevral 17:40 Sabah 3 325
Berezutskinin Azərbaycanda açıdığı “bərbərxana”

Daha bir şey qalmadı…

«Sabah» Vasili Berezutski ilə çöküşdədir.

Qoy bir az da keçsin, Krunoslav Renduliçi dərin təəssüf hissi ilə yada salıb, «haradasan, ay Məşədi Kazım» deyəcəyik.

Havadan, sudan, elə-belədən deməyəcəyik. Bunu bizə Berezutski dedizdirəcək.

Artıq bir şey qalmadı…
«Sabah» liderlər qrupundan uzaqlaşmaqdadır. Əsas rəqibləri xal və xallar qazandıqca, «Sabah»ın qələbə həsrəti davam etməkdədir.

Çempionatın ən məhsuldar 3 hücumçusu ilə işləyən baş məşqçinin onlarla normal iş ortaya qoya bilməməsi, doğrudan da, acınacaqlıdır.

Hərdən bəndənizə elə gəlir ki, rusiyalı bu cavan oğlan hər oyundan qabaq rəqiblər yox, növbəti bəhanə haqda fikirləşir. Liqadan düşmək qorxusu yaşayan

«Səbail»lə qolsuz heç-heçədən sonra nə söylədiyini eşitdiz də. Dedi ki, meydan süni idi, oyunumuz alınmadı.

Guya, meydan təbii olanda komandasına gül kimi futbol oynadır. Oyun-zad yoxdur. Heç dediyi o oyunun «o»su da yoxdur.

Berezutski bu heç-heçələrlə, məğlubiyyətlərlə «Sabah»ı işıqlı sabaha aparmır. Axırı yaxşı qurtarmayacaq bu periodun.

«Sabah» bərbərxana deyil ki, hər gələn dəlləkliyi onun başında öyrənsin.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”