“Sabah”da dərd üstünə dərd gəldi: İkisi olmayacaq, üçü sual altındadır - FOTOREPORTAJ

15 Fevral 23:00 Sabah 455
“Sabah”da dərd üstünə dərd gəldi: İkisi olmayacaq, üçü sual altındadır - FOTOREPORTAJ

Ötən tur “Turan Tovuz”u məğlub edərək dərindən ah çəkən “Sabah”ın növbəti rəqibi “Səbail”dir.

“Tələbələr” səfərdəki vacib qarşılaşmada təkcə süni örtükdə oynamağın dərdini çəkməyəcək.

Kollektivdəki itkilər Vasili Berezutskinin əhvalına “soğan doğrayıb”.

Komandanın əsas müdafiəçilərindən sayılan Sofyan Çakla cəzalı olduğu üçün oyunda iştirak etməyəcək. Ayaz Quliyevin də zədə səbəbindən matçı kənardan izləyəcəyi dəqiqdir.

Digər zədəlilər – Con İrazabal, Coy-Lens Mikels və Namiq Ələsgərov fərdi çalışmalarla kifayətlənirlər. Vəziyyətləri ürəkaçan olmasa da, matç gününə qədər kollektivə qoşulacaqları ehtimal olunur.

Lakin belə vəziyyətdə təbii ki, “11-lik”də yer almaları mümkünsüz görünür. Ən yaxşı halda adları iştirak ərizəsinə salına bilər.

Fevralın 17-də “ASCO Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”