Əcnəbi mütəxəssislə bombardir arasında NARAZILIQ

22 Fevral 17:00 Sabah 397
Əcnəbi mütəxəssislə bombardir arasında NARAZILIQ

"Sabah"ın baş məşqçisi Vasili Berezutski ilə bombardiri Con Leys Mikels arasında narazılıq yaranıb.

Rusiyalı mütəxəssis 30 yaşlı futbolçunun çıxışından məmnun deyil.

Onu öz oyun sistemində görmür.

Təcrübəli futbolçu belədə daha çox ehtiyatda qalmalı olur.

Təsadüf deyil ki, Berezutskinin gəlişindən sonra "Sabah"ın keçirdiyi 11 matçdan yalnız 3-də Mikels sona qədər meydanda olub.

3 qarşılaşmada ehtiyatdan oyuna daxil olan "20 nömrə" "Turan Tovuz" və "Səbail"lə görüşləri ümumiyyətlə buraxıb. Bunun zədə səbəbindən olduğu deyilir.

İstənilən halda, statistika göstərir ki, əcnəbi çalışdırıcı Mikelsə əsas heyət üzvü gözü ilə baxmır.

Təbii ki, bu durum almaniyalı legioneri razı sala bilməz.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”