“Turan Tovuz” Masazırı başıaşağı tərk etdi - VİDEO

9 Fevral 23:20 Sabah 233
“Turan Tovuz” Masazırı başıaşağı tərk etdi - VİDEO

Premyer Liqanın XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

“Sabah” - “Turan Tovuz” 2:1

Qollar: Pavol Safranko, 50 (p.); Cesse Sekidika, 61 // Aleks Souza, 15
Masazır. "Bank Respublika Arena”, 800 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Abdulax Xaybulaev, 13 (qeyri-idman hərəkəti); Sofian Çakla, 88 (qeyri-idman hərəkəti) // Araş Qaderi, 25 (qeyri-idman hərəkəti); Veysəl Rzayev, 44 (qeyri-idman hərəkəti); Kristian da Silva, 64 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

“Sabah”
92. Stas Pokatilov
2. Amin Seydiyev (k)
5. Rəhman Daşdəmirov
6. Abdulax Xaybulaev
88. Xəyal Əliyev
(22. Abdulla Rzayev, 83)
7. Boyan Letiç
44. Sofian Çakla
13. İvan Lepiniça
11. Kahim Parris
(70. Cesse Sekidika, 46)
99. Neqoş Kupusoviç
(18. Pavol Safranko, 46)
33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular:
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
17. Tellur Mütəllimov
9. Anatoli Nuriyev
77. Şakir Seyidov
32. Elgün Dünyamalıyev
12. Vinsent Til
Baş məşqçi: Vasili Berezutski

“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
88. Faiq Hacıyev
7. İsmayıl Zülfüqarlı
77. Veysəl Rzayev
(44. Rüfət Əhmədov, 79)
9. Kristian da Silva (k)
(10. Xəyal Nəcəfov, 84)
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
6. Araş Qaderi
21. Aleks Souza
(11. Ayxan Hüseynov, 84)
Ehtiyat oyunçular:
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
19. Orxan Əliyev
8. Tural Bayramlı
13. Fərid Yusifli
30. Mircamal Əlizadə
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev

Digər Xəbərlər
Xəbər Lenti