![Səs-küylü oyuna reaksiya: “Həssas məqamdır, vacib oyundur”](https://www.sportinfo.az/media/2025/02/09/453046141_1545076819437546_211458152075958902_n-819x1024.jpg)
“Bizim üçün həssas məqamdır.
Qələbə qazansaq, irəliyə doğru vacib addım atmış olacağıq”.
“Sabah”ın forvardı Pavol Şafranko Sportinfo.az-a açıqlamasında qarşıdakı oyun barədə danışıb.
Bu gün "Bank Respublika Arena”da olduqca maraqlı və gərgin oyun reallaşacaq. 5-ci sırada yer alan “Sabah” turnir cədvəlində 8 xal geri qaldığı “Turan Tovuz”u qəbul edəcək.
Mümkün qələbə meydan sahiblərinin avrokubok şansını nisbətən yaxşılaşdıracaq. Əks halda, məlum hədəfə çatmaq çox-çox çətin olacaq.
Slovakiyalı hücumçu fikirlərini qısa şəkildə ifadə edib:
“Hər iki komanda üçün vacib oyundur. Artıq neçə matçdır qələbə qazana bilmirik.
Bu seriyaya son qoymaq və nəyə qadir olduğumuzu göstərmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yekunda sevinən tərəf olmaq istəyirik”.
Bazar günü baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB