![Bu gün Azərbaycan klubunda baş məşqçi ayrılığı olacaq?](https://www.sportinfo.az/media/2025/02/09/67a39d3e8504334.jpg)
Bu gün Premyer Liqada növbəti baş məşqçi istefası xəbəri yayıla bilər.
Üç ay öncə “Sabah“ın sükanı arxasına keçmiş Vasili Berezutskinin buradan ayrılacağı gözlənilir.
Krunoslav Renduliçi əvəzləmiş mütəxəssisi taleyi böyük ölçüdə “Turan Tovuzla“ matçın nəticəsindən asılıdır.
Saat 17:00-da start götiürəcək qarşılaşma Masazırda keçiriləcək. “Bayquşlar“ doğma məkanda rəqibini məğlubiyyətə uğratmasa, avrokuboklara vəsiqə qazanmaq yolunda “böyük qan“ itirmiş olacaqlar.
21 turdan sonra 28 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alan “Sabah“ Tovuz komandasından 8 xal geri qalır.
Gərək qalib gəlsinlər ki, bir üst sıradakı “Turan“a yaxınlaşa, bununla avrozonaya düşmək şansını saxlaya bilsinlər.
Əks halda, bütün ümidləri ölkə kubokuna qalacaq. Burada da işlər qaydasında getmir. Masazır təmsilçisi ¼ final mərhələsinin ilk görüşündə “Sumqayıt“ın müqavimətini qıra bilməyib (0:0).
“Sabah” Vasili Berezutskinin rəhbərliyi altında 9 matçda 3 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb. 43 yaşlı çalışdırıcının “bayquşlar”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
SPORTİNFO.AZ