COP29

"Qarabağ"ı avrokuboklardan bilirəm, "Neftçi"ni də tanıyıram”

19:20 Sabah 246
"Qarabağ"ı avrokuboklardan bilirəm, "Neftçi"ni də tanıyıram”

"Azərbaycan futbolu ilə o qədər də yaxından tanış deyiləm".

Sportinfo.az xəbər verir ki, bu sözlər Qazaxıstan millisinin sabiq yarımmüdafiəçisi Yevgeni Averçenkoya məxsusdur.

O, yığmanın qapıçısı Stas Pokatilovun “Sabah”a keçidir haqda danışıb:

"Qarabağ"ı avrokuboklardan bilirəm, "Neftçi"ni də tanıyıram.

Azərbaycan çempionatını Qazaxıstan çempionatı ilə müqayisə etmək olar. Oxşar liqalardır.

Düşünürəm ki, Stas sadəcə olaraq, özünü başqa çempionatda sınamağa qərar verdi. Yoxsa hansısa yüksəlişə keçdiyini deyə bilmərik.

Amma bu, onun qərarıdır və biz buna hörmət etməliyik. Bu, onun üçün yeni bir çağırışdır və ona ən yaxşısını arzulayıram".

“Bayquşlar”la 1,5 illik müqavilə imzalayan Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov burada 28 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti