COP29

"Premyer Liqa yolu ilə avrokuboklara ümid etmək riskdir" - Bombardir dilə gəldi

5 Fevral 20:40 Sabah 256
"Premyer Liqa yolu ilə avrokuboklara ümid etmək riskdir" - Bombardir dilə gəldi

Premyer Liqada avrokubok zonasından uzaq düşən “Sabah” ölkə kubokunda uğur qazanmaq niyyətindədir.

Lakin buradakı rəqibi də düşərli hesab etmək olmaz.

“Tələbələr” 1/4 finalda üz-üzə gələcəyi “Sumqayıt”la cari mövsümdə iki dəfə qarşılaşıb və heç birində qələbəyə sevinməyib.

Sumqayıtda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlibsə, Masazırda qolsuz bərabərlik qeydə alınıb.

Sportinfo.az-a açıqlama verən “Sabah”ın ən məhsuldar futbolçusu Coy-Lens Mikels matçdan gözləntilərini deyib:

“Çempionatda vacib xallar itirmişik. Turnir cədvəlinə baxanda görünür ki, əsas rəqiblərlə aramızda fərq getdikcə artır.

Premyer Liqa yolu ilə avrokuboklara ümid etmək riskdir. Bu, ola da bilər, olmaya da.

Lakin kubok qısa yoldur. Burada uğur qazanmaq mümkündür.

“Sumqayıt” yaxşı təşkilatlanmış, müdafiədə sıx oynayan rəqibdir. Onlara qol vurmaq asan olmasa da, bunu bacarmaq üçün əlimizdən gələni etməliyik.

İki oyunun nəticəsinə görə mərhələni keçən tərəf olmaq istəyirik. Xüsusən ilk görüşdə qələbə qazanmaq mütləqdir.

“Kəpəz”ə məğlubiyyəti unudub, növbəti oyuna hazırlaşacağıq”.

Fevralın 5-də “Bank Respublika Arena”da keçiriləcək oyun saat 18:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər