COP29

Deməyə başqa söz tapmadı: “Bu cür səhvlər edəcəyiksə...” - VİDEO

03:20 Sabah 85
Deməyə başqa söz tapmadı: “Bu cür səhvlər edəcəyiksə...” - VİDEO

" Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq.

Belə halları şərh etmək çətindir.

Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Kəpəz"lə matç (2:3) haqda eyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın 21-ci turunda səfərdə 2:3 hesabı ilə məğlubiyyəti şərh edib:

"Biz rəqibə istəkdə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk. Yeni qapıçı Stas Pokatilov yaxşı hazırlaşır.

Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.

"Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik.

Edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük. Kubok bizim üçün prioritetdir.

Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti