COP29

"Bu gün edə biləcəyimiz bütün səhvləri etdik"

18:50 Sabah 189
"Bu gün edə biləcəyimiz bütün səhvləri etdik"

"Sabah" Premyer Liqanın 21-ci turunda səfərdə "Kəpəz"ə 2:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdanm sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.

- Rəqib pressinq tətbiq etməklə "Sabah"ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?

- Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.

- Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə "Sabah" hansı komandaları üstələyə biləcək?

- Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.

- Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?

- O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.

- "Sabah"ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?

- "Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.

- Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiz?

- Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti