"Sabah"ın avrokuboklara vəsiqə qazanması çətin görünür".
Bu fikirlər futbol ekperti Emin Abbasova məxsusdur.
O, Vasili Berezutskinin gəlişindən sonra Masazır təmsilçisinin müsbət nəticələr qazanmaqda çətinlik çəkdiyini bildirib.
ATV kanalında yayımlanan "Fuibolumuz" verlişində bu haqda danışan tanınmış teleşərhçi deyib ki, yeni baş məşqçi öz oyun modelini tətbiq etməkdə bir sıra problemlərlə üzləşib.
Abbasov rusiyalı çalışdırıcının hələ də bir neçə futbolçunun fərdi bacarığından asılı olduğunu söyləyib.
Qeyd edib ki, Jesse Sekidika və Coy-Lens Mikels kimi legionerlərin oyunu alınmayanda, "bayquşlar" istədiyi sonluğu əldə etmir, bu da komandanın Premyer Liqa vasitəsilə qitə arenasına çıxmasını şübhə altına alır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN