COP29

“Sabah”a keçid onun şəxsi qərarıdır, görünür, özünü Avropada sınamaq istəyib”

27 Yanvar 13:40 Sabah 411
“Sabah”a keçid onun şəxsi qərarıdır, görünür, özünü Avropada sınamaq istəyib”

Qazaxıstanlı sabiq futbolçu Pavel Yevteyev yerli millinin qapıçısı Stas Pokatilovun “Sabah”a transferini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu keçidlə bağlı nikbin fikirlər səsləndirib.

O, Pokatilov barədə yüksək düşüncədə olduğunu bildirib:

“Düşünürəm ki, Stas indi ən yüksək yerlər uğrunda yarışan Qazaxıstan klublarında asanlıqla oynaya bilər. “Sabah”a keçid onun şəxsi qərarıdır.

Görünür, özünü Avropa arenasında, başqa çempionatda sınamaq istəyib. Ona uğurlar arzulayıram.

“Sabah” yaxşı komandadır. Azərbaycanın digər klubu “Qarabağ”ın avrokuboklarda necə uğurlu nəticələr əldə etdiyini bilirik. Ümid edirəm ki, Stas orada uğur qazanacaq”.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan 32 yaşlı qapıçı yığmada 28 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu