Vasili Berezutski ilə «Sabah»ın hara qədər gedə biləcəyini təxmin etmək olar artıq.
Rusiyalı baş məşqçinin uğursuzluq zolağına düşməsindən danışmayaq daha.
Gecdir bu.
Berezutskini bura elə «Sabah»ı uğursuzluq zolağından çıxarmaq üçün dəvət ediblər də. Krunoslav Renduliçin öhdəsindən gəlmədiyi vəzifəni yerinə yetirməsini istəyiblər də ondan.
Razılaşıb və gəlib. Bunun üçün babat da pul alıb.
Di, buyursun, üzərinə götürdüyü missiyanın ağırlığı altında vurnuxub qalmasın.
Berezutski özündən «fokus» çıxarıb. Elvin Camalovu göndərdi düşərgədən. Yenə bununla rahat olmaq niyyətində deyil.
Kapitanın ardınca 2-3 lejgionerin də «qələmini qırmağa» başlayıb. Coy Lens Mikels və Kahim Parris kimi aparıcı fiqurları hesabdan silib.
Adamın komandasını, oyunu qiymətləndirmək bacarağına şübhə ilə yanaşıram.
«Sumqayıt»ın qapısı önündə çoxala, təhlükəli epizodlar yaratmağa çətinlik çəkirsən, Mikelslə Parrisi 73 dəqiqə ehtiyat skamyada niyə gözlədirsən bəs?
Neqoş Kupusoviç fasilədən sonra meydana çıxırsa, onlar nə üçün hələ də kənarda növbə çəkməlidir? Müdafiəçi Sofian Çaklanın yarımmüdafiənin dayaq nöqtəsinə dartmaq hansı təfəkkürün məhsuludur, görəsən?
Eksperment yeri deyil e! İndi önəmli futbolçularla intriqa aparmaq vaxtı deyil e!
Sən bəyəndiyin və bəyənmədiyin bütün oyunçuları bir məqsəd ətrafında birləşdirib, nəticəyə tərəf səmt salmalısan, onu əldə eləməlisən.
Vaxt gedir e!
ELXAN