COP29

“Azərbaycan klubuna transfer onun üçün riskli addım oldu”

26 Yanvar 15:40 Sabah 771
“Azərbaycan klubuna transfer onun üçün riskli addım oldu”

Stas Pokatilovun “Sabah”a transferi ölkəsi Qazaxıstanda birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Azərbaycan klublarının transfer bazarındakı fəallığı sayəsində daxili çempionat son vaxtlar daha böyük maraq doğurur. Lakin qazaxıstanlılar Pokatilovun doğru seçim etməsinə şübhə ilə yanaşırlar.

Çünki 32 yaşlı qolkiperin hazırda “Sabah”ın əsas çərçivə qoruyucusu Yusif İmanovla rəqabətdən qalib ayrılmaq şansı az göstərilir:

“Stasın oradakı əsas rəqibi Azərbaycan millisinin də qapısını qoruyan 22 yaşlı Yusif İmanovdur.

Həmyerlimizin gənc qolkiperi əsas heyətdən çıxarması heç də asan olmayacaq. Bu üzdən “Sabah”a keçid Pokatilov üçün riskli addım oldu”.

Stas Pokatilovun son klubu ölkəsində “Tobol” olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu