COP29

"Onlara şans vermək, güvənmək lazımdır" - Vaqif Cavadov

25 Yanvar 21:10 Sabah 409
"Onlara şans vermək, güvənmək lazımdır" - Vaqif Cavadov

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mübarizəli oyun oldu. Komandama əzmkarlığa görə təşəkkür edirəm. Zədəli və xəstə oyunçularımız var. Komanda bu situasiyada belə bir rəqibə qarşı yaxşı futbol oynadı. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma 1 xala görə də futbolçulara alqış düşür. Növbəti oyunlarda da belə əzmkarlıq olsa, ancaq qələbəyə doğru gedəcəyik.

- Yarımmüdafiə və hücum xəttində transferə ehtiyac var?

- Bir futbolçu da yoldadır, gələcək. Bugünkü oyuna baxsaq, qol imkanlarımız oldu, vura bilərdik. Belə rəqibə qarşı ağıllı futbol oynamaq lazımdır. Bu gün futbolçularım bunu göstərdilər. Gərgin çempionat keçir, hər xal dəyərlidir.

- Nadir Orucova ilk dəfə şans verdiniz. Onun oyununu necə dəyərləndirirsiz?

- 17 yaşı var. Dəfələrlə demişəm, Azərbaycanda istedadlı futbolçuların sayı çoxdur. Sadəcə olaraq onlara şans vermək, güvənmək lazımdır. Şəxsən mən cavanlara həmişə dəstək olacam. Çünki biz də cavan olmuşuq. Elə bir mövqedə 17 yaşlı futbolçunu oynatmaq riskli idi. Amma o riski gözə aldıq. Bu gün meydanda ən yaxşılardan biri idi. Özünə də təbrikimi çatdırdım. Bu, digər gənclərə də siqnaldır. Hər an hər futbolçuya şans verməyə hazırıq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu
26 Yanvar 02:00 Millimiz Kosovonu uddu
26 Yanvar 00:30 Nə o, nə bu... VİDEO