COP29

TRANSFER: "Neftçi" millinin oyunçusunu "rənglərinə bağladı"

12:40 Sabah 1 784
TRANSFER: "Neftçi" millinin oyunçusunu "rənglərinə bağladı"

«Neftçi» bu gün növbəti transferini reallaşdırıb.

Ötən həftə yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə 6 ay+2 illik müqavilə imzalayan «ağ-qaralar» indi də Elvin Camalovla «nigah» bağlayıb.

Sonuncu keçidi ilə əlaqədar bu gün səhər saatlarında «Sabah»la vidalaşıb.

Millinin yarımmüdafiəçisinin Masazır təmsilçisindən ayrılması gözlənilən idi. Krunoslav Renduliçn gedişindən sonra onun «kitabı bağlanmışdı».

2021-ci ildə «Zirə»ni «Sabah»a dəyişmiş orta sahə oyunçusu Vasili Berezutskinin baş məşqçi təyin olunmasından sonra əsas heyətdəki yerini itirmişdi.

Rusiyalı çalışdırıcı kapitana qətiyyən güvənmədi, onu daim ehtiyat skamyada əyləşdirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti