COP29

“Neftçi” ilə 1:1-ə üzüldü, baş məşqçi barədə suala cavab vermək istəmədi

20 Yanvar 23:40 Sabah 132
“Neftçi” ilə 1:1-ə üzüldü, baş məşqçi barədə suala cavab vermək istəmədi

“Sabah”ın futbolçusu Anatoli Nuriyev Sportinfo.az-a müsahibə verib.

28 yaşlı yarımmüdafiəçi “Neftçi”ylə 1:1 başa çatan oyunla bağlı sualları cavablandırıb.

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Oyun planında pis deyildik. Təəssüf ki, nəticə tam istədiyimiz kimi olmadı. Çünki bura qələbə dalınca gəlmişdik. Əslində, qol vurmağa nail olduq. Lakin dərhal qol buraxmağımız planları pozdu. Təbii ki, nəticəyə görə məyusuq.

- Matçın məntiqi nəticəsi necə olmalıydı?

- “Sabah”ın futbolçusu olduğumu nəzərə alsaq, komandamın qələbə qazanmalı olduğunu deyərdim. “Neftçi”dəkilərdən soruşsanız, bəlkə də onlar 3 xalı haqq etdiklərini söyləyəcəklər. Bu, normaldır. Ümumi götürsək, hər iki komandanın qol imkanları var idi.

- Vasili Berezutskinin gəlişindən sonra daxildə və oyun planında nələr dəyişib?

- Bu barədə şərh verməyim doğru olmaz. Komandaya aid olan komandada qalmalıdır, oyundakı dəyişikliklər isə, fikrimcə, kənardan görünür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti