"Sabah" 2025-ci ilin ilk transferini reallaşdırıb.
Masazır təmsilçisi Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilovu sıralarına qatıb.
Vasili Berezutskinin çalışdırdığı "bayquşlar" onu icarəyə götürməyib, birbaşa "rənglərinə bağlayıb".
32 yaşlı qolkiperlə bağlanan müqavilənin müddəti 1,5 ildir.
Təcrübəli qolkiper “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.
SPORTİNFO.AZ