"Sabah"ın müdafiəçisi İqor Noqeyra "Şamaxı" ilə sınaq matçından sonra Sportinfo.az-a müsahibə verib.
Braziliyalı legioner ilk olaraq 2:0 hesablı qələbə qazandıqları görüş barədə danışıb.
- Fasilədə bir yoxlama oyunu keçirdik. Dərs çıxarmalı olduğumuz məqamlar oldu. Qarşıdakı rəsmi oyunlar öncəsi yaxşı test oldu. Bəzi şeylər var ki, onları daha da inkişaf etdirməliyik.
- 3 hissə oynamaq çətin olmadı?
- 10 gündən artıqdır intensiv məşqlər edirik. Bundan sonra belə bir yoxlama matçının olması bizə müsbət təsir etdi.
- Mövsümün birinci yarısını stabil keçirə bilmədiniz. Fasilədən sonra bu tendensiyanı dəyişmək mümkün olacaq?
- Sizinlə bir balaca razı deyiləm. Cəmi 4 dəfə məğlub olmuşuq. Sadəcə çox sayda heç-heçə etmişik. Bərabərliklə bitən görüşlərin əksəriyyətində son dəqiqələrdə üstünlüyü əldən vermişik. Fasilədə həmin səhvlər üzərində işləməklə artıracağıq.
- Mövsümün gedişində Azərbaycana gəldin. Adaptasiyasını tam olaraq arxada qoyduğunu demək olar?
- İlk gəldiyim gündən özümü yaxşı hiss edirdim. Zaman keçdikcə daha çox uyğunlaşdığımı deyə bilərəm. Kollektivi yaxından tanıdım. Tamamilə özümü komandamızın bir parçası kimi hiss edirəm.
- Premyer Liqanın səviyyəsi səni razı salır?
- Bura gəlməmişdən öncə bəzi informasiyalarım vardı. Təbii ki, burada olanda dostlarımdan daha çoxunu öyrəndim. Həqiqətən də deyildiyi qədər asan liqa deyil.
- Vasili Berezutski kollektivə nə kimi dəyişiklər gətirə bilib?
- Mövsümün yarısında bizə qoşuldu. Qışa qədər bizi tanımağa böyük vaxtı olmadı. Amma fasilə bir-birimizi tanımağa çox kömək oldu. Tələblərini başa düşdük. Düşünürəm ki, mövsümün ikinci yarısı onun istəklərini meydanda daha yaxşı keçirəcəyik.
XANOĞLAN İMANOV