"Sabah"ın legioneri luvaseun Timilehini icarəyə göndərib.
Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu I Liqa təmsilçisi "İmişli"yə keçib.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu "İmişli"də mövsümün sonuna kimi icarə əsasında forma geyinəcək.
Oluvaseun Timilehin 2023-cü ildən "Sabah"ın üzvüdür. O, bu mövsüm komandada 2 oyuna çıxıb.