COP29

"Sabah"ın əcnəbi qapıçı cəhdi uğursuz oldu

10 Yanvar 21:00 Sabah 445
"Sabah"ın əcnəbi qapıçı cəhdi uğursuz oldu

"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin qış fasiləsində qapı mövqeyi ilə bağlı ilk cəhdi uğursuz olub.

Söhbət "Şamaxı"nın üzvü Rikardo Fernandesdən gedir.

Portuqaliyalı üçün bölgə klubuna edilən bir neçə təklifə rəğmən müraciət istənilən nəticəni verməyib.

"Tələbələr" təzminat ödəməyə belə hazır olub.

Lakin tərəflər ortaq dil tapa bilməyincə məsələ tam olaraq qapanıb.

30 yaşlı əcnəbi qapıçı ötən yaydan "şirlər"in şərəfini qoruyur.

Premyer Liqanın yeni tapıntısının region komandası ilə müqaviləsi yayda qüvvədən düşəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 11:00 Burada olun, görünün!
10 Yanvar 02:50 Millimiz üçün Bəyoğlan
10 Yanvar 02:00 “Mən razı qaldım"