Premyer Liqada qış fasiləsi davam edir.
Mövsümün birinci yarısını uğursuz keçirən komandalardan biri də "Sabah" oldu.
18 turdan sonra aktivində 26 xalı olan "tələbələr" turnir cədvəlində 5-ci sırada qərarlaşıb.
İlk 5 turda yalnız "Zirə"yə məğlub olan kollektiv sonrakı turlar bu stabilliyi qoruya bilmədi.
Qeyri-sabit çıxış ilin sonuna kimi davam etdi.
Sportinfo.az-a açıqlama verən "Sabah"ın yarımmüdafiəçisi Vinsent Till də bu durumun səbəbini izah etmək də çətinlik çəkib:
"Hər kəs müsbət nəticə üçün meydanda əlindən gələni edir. Bizim yaxşı komandamız var. O ki qaldı bəzi matçlarda istənilən nəticənin qeydə alınmamasına, düzü, bu suala cavab verməkdə çətinlik çəkirəm".
XANOĞLAN