"Səkkiz ay zədəli olduğum üçün meydanda intensivliyin hansı səviyydə olması barədə dəqiq fikir bildirə bilmirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Vinsent Till deyib.
Ağır əməliyyatdan dönən lüksemburqlu yarımmüdafiəçi bu sezon cəmi son 3 turda meydana ayaq bassa da, Premyer Liqanın gedişatı barədə danışmağa ehtiyat etməyib:
“Bayquşlar”ın 24 yaşlı əcnəbisini dinləyək:
“Ötən mövsüm olduğu kimi, bu dəfə də bir neçə komanda iddialıdır. İştirakşıların əksəriyyətinin yüksək yerlər uğrunda mübarizə apardığı aydın görünür.
“Sabah” da bu gərgin mübarizənin içində yer alıb. Komandamız 18 tura 26 xal toplayıb.
Məncə, “Sabah” daha yaxşı nəticə qazanmağa layıqdır. Mayda medalçılar sırasında adımızı görəcəyimizə əminəm”.