"Uzun müddət kənarda qalmaq çox çətin idi".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında təxminən 1 ildən artıq zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan "Sabah"ın yarımmüdafiəçisi Vinsent Till dilə gətirib.
Lüksemburq millisinin üzvü "çətin günlərdə kimlərin dəstəyini hiss etdin" sualına isə belə cavab verib:
"Bəli, asan olmadı. Lakin bu çətin günlərdə klub, ailəm, həyat yoldaşım və övladımın dəstəyini daim hiss etdim. Buna görə hər birinə təşəkkür edirəm".
XANOĞLAN