“Özümüz özümüzə problem yaradırıq.
Çox sadə qollar buraxdıq, məğlubiyyətimizdə başqa heç bir səbəb yoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev Premyer Liqanın 18-ci turunda “Şamaxı”ya 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, geridə qalan iki dövrəni komandası üçün qısaca belə dəyərləndirib:
“Olmalı olduğumuz yerdə deyilik. 18 turdakı çıxışımızı yalnız belə qiymətləndirə bilərəm”.