Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 18-ci turunun “Şamaxı” ilə matçından (3:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Bu oyunu qəti şəkildə aktivimizə yaza bilmərik. Yaxşı ki, qarşıda fasilə var. Mövsümün ikinci yarısına daha da yaxşı hazırlaşmalıyıq. Bizi çətin oyunlar gözləyir.
- Fasilədə nələri dəyişməyi düşünürsüz?
- Oyunçuları tanımaq üçün vaxtımız az idi. Amma artıq müəyyən şeyləri bilirik. Aqressiyanı daha da artırmaq istəyirik.
- Məğlubiyyətdə həlledici amil nə oldu?
- Bu gün "Şamaxı"nın əks-hücumları uğurlu alındı. Boşluqları bağlaya bilmədik. Bunun nəticəsində məğlub olduq. Sadə səhvlərimizi də qeyd etmək istəyərdim.
- Məğlubiyyəti çox sakit qarşıladız. Həyatda da xarakteriniz belədir?
- Beş əvəzetmə etdik. İkinci hissəyə yaxşı başlamışdıq. Amma standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra vəziyyət bir qədər mürəkkəbləşdi. Amma nə edə bilərik, futbol belədir.
- "Sabah" əvvəlki dövrlərdə də "Şamaxı" ilə oyunlarda çətinlik çəkirdi. Bu statistikadan məlumatınız var idi?
- Mən statistikaya baxmamışam. Amma Şamaxıda oynamaq çox çətindir. Bu çətinlik "Qarabağ"ın burada keçirdiyi oyunda da görünürdü.