COP29

“Bu ölkədə uşaqları döyə bilirlər” - “Sabah”ın baş məşqçisi heyrətləndi

09:25 Sabah 484
“Bu ölkədə uşaqları döyə bilirlər” - “Sabah”ın baş məşqçisi heyrətləndi

“Sabah”ın baş məşqçisi, Rusiya millisinin sabiq müdafiəçisi Vasili Berezutski Çində işləyərkən ən heyrətamiz anları haqda danışıb.

Sportinfo.az “sport.ru”-ya istinadən xəbər verir ki, rusiyalı çalışdırıcı, Çində uşaqların döyüldüyünü deyib:

“Çində uşaqları döyə bilirlər, bu, mənim üçün normal deyil. Vaxtaşırı təyyarədə uçarkən valideynlərin azyaşlı uşağı döydüyünü görürdüm.

Bunu ilk dəfə görəndə nə edəcəyimi belə, bilmirdim. Mən heyrətə gəldim ki, bunu dəfələrlə görmüşəm”.

Berezutski baş məşqçi Leonid Slutskinin “Şanxay Şenxua”ya Çin Super Liqasında gümüş medallar qazandırmasına kömək edib. O, bundan əvvəl Niderlandın “Vitess” klubunda da Slutski ilə işləyib.

42 yaşlı mütəxəssis hazırda Azərbaycanın “Sabah” komandasına rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti